AUT.AZ

DÇ-də sensasiya, ABŞ yarımfinalda, Almaniya…

Xokkey üzrə dünya çempionatında ilk 1/4 final görüşləri baş tutub.

Aut.az xəbər verir ki, ABŞ yığmasının turnirdə məğlubiyyətsiz oyunlar seriyası davam edir. Amerikalılar Çexiyaya qalib gələrək yarımfinala yüksəliblər. Komandaya qələbə üçün üç cavabsız qol bəs edib.

Amma ikinci görüşdə kifayət qədər gözlənilməz nəticə qeydə alınıb.

Qrup mərhələsini birinci yerdə başa vuran İsveçrə Almaniyaya 1:3 hesabı ilə uduzub.

Bu gecə 1/4 finalın son 2 qarşılaşması keçiriləcək. İsveç Latviya ilə qarşılaşacaq, Kanada Finlandiya ilə üz-üzə gələcək.

Aut.az

Exit mobile version