AUT.AZ

“Barbi kukla”sı rinqə çıxacaq – FOTOLAR

Cessika Voynilko amerikalı peşəkar bodibilder və atletdir.

Aut.az xəbər verir ki, 24 yaşlı qadın idmançı nüfuzlu WWE şirkəti ilə müqavilə imzalayıb. Cessika sözügedən təşkilatın təşkil etdiyi şou xarakterli döyüşlərdə Tiffano Stretton adı altında çıxış edir.

“Barbi kuklası” ləqəbi ilə tanınan qadın güləşçi bazar günü “NXT Battleground”da Lyia Valkria ilə qarşılaşacaq. Cessika bir müddətdir bu döyüşə hazırlaşır. O, görüşün favoriti hesab edilir.

Qeyd edək ki, WWE əyləncə və şou xarakterli döyüşləri təşkil edir. Burada çıxış edən idmançılar peşəkar sayılmırlar. Döyüşlər əksər hallarda şirkət tərəfindən əvvəlcədən yazılmış ssenari əsasında keçirirlir. Bu tip döyüşlər şou xarakterli hesab edilir. WWE izləyici kütləsini itirməmək üçün peşəkar qarşılaşmalar da təşkil edir.

Heybət

Exit mobile version