AUT.AZ

287 min  avroya təyyarə sifariş etdi – Finala baxmaq üçün

“Mançester Yunayted”in sahibi Avram Qleyzer qadınlar arasında İngiltərə Kubokunun finalına baxmaq üçün Londona uçmağa 287 500 avro xərcləyib.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Bildirilir ki, Qleyzer uçuş xərclərini klubun üzərinə yükləyib.

Qeyd edək ki, bazar günü, mayın 14-də qadınlar arasında İngiltərə kubokunun finalı baş tutub. Finalda “Çelsi” və “Mançester Yunayted” üz-üzə gəlib. London komandası 1:0 hesabı ilə qalib gəlib. Matçı rekord sayda azarkeş izləyib – 77 390.

“Uembli”dəki şəxslərdən biri də “Mançester Yunayted”in sahibi Avram Qleyzer olub. Mənbənin sözlərinə görə, FA Kubokunun finalını izləmək üçün Qleyzer Tampadan (Florida) Londona çarter reysi sifariş edib. Uçuşun xərci isə klub büdcəsindən ödənilib.

Aut.az

Exit mobile version