AUT.AZ

Vida gecəsində 200 nəfərə hədiyyə verdi – VİDEO

“Liverpul”un hücumçusu Roberto Firmino klubdan ayrılması münasibətilə bütün dostları və ailəsi üçün yaddaqalan hədiyyələr hazırlayıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq özünün “Twitter” səhifəsində yazıb. Braziliyalı 200 hədiyyə qutusu hazırlayıb və onları vida gecəsində dostlarına, ailə üzvlərinə, komanda yoldaşlarına və klub işçilərinə paylayıb.

Firmino hədiyyə üçün nömrəsi və imzası olan xüsusi “Liverpul” köynəyi və onun üçün xüsusi olaraq hazırlanmışı ətir seçib.

Braziliyalı hücumçu vida gecəsindən sonra onun xidmətində maraqlı olan klublarla danışıqlara başlayacaq. “Liverpul”a hörmət etdiyi üçün o, əvvəllər bunu etməyib.

Aut.az

Exit mobile version