AUT.AZ

“Santyaqo Bernabeu”da hamı Vinisius oldu – FOTOLAR

“Real” və azarkeşləri irqçi hücumların obyektinə çevrilən Vinisius Junioru dəstəkləyiblər.

Aut.az xəbər verir ki, “Real”ın futbolçuları La Liqanın 36-cı turunda “Rayo Valyekano” ilə oyuna Vinisiusun formasında çıxıblar. Braziliyalı dizindəki problemə görə bu görüşü buraxmalı olub.

Bundan əlavə, onlar rəqiblərlə yanaşı, üzərində “Futbolda irqçiliyə yer yoxdur” yazısı olan banner açıblar. Azarkeşlər də  “Hamımız Vinisiusuq, biz bəs edirik” yazısı olan pankart qaldırıblar.

Aut.az

Exit mobile version