AUT.AZ

Sədaqət rəmzi: Xeyli borcu bağışladı

“Barselona”nın müdafiəçisi Jordi Alba mövsümün sonunda komandanı tərk edəcək.

Aut.az xəbər verir ki, “Barselona”nın 34 yaşlı futbolçuya  gecikdirilmiş maaş və digər bonuslar nəzərə alınmaqla, xeyli borcu var.

Alba bu borcu “Barsa”ya bağışlayacaq. Bu barədə jurnalist Toni Xuanmarti “Tvitter” hesabında məlumat verib.

Alba “Barselona”nın yetriməsidir. 2005-ci ildə “Barsa” akademiyasını tərk edib və 7 ildən sonra doğma komandasına qayıdıb. “Barselona”nın heyətində 458 matçda 27 qol vurub və 99 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatırdı. Lakin tərəflər əməkdaşlığa vaxtından əvvəl xitam verməyə razılaşıblar.

Aut.az

Exit mobile version