AUT.AZ

Pirlonun “qələmi qırıldı”

“Fatih Karagümrük” baş məşqçisi Andrea Pirlo ilə yolları ayırmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə mövsümün sonun bitəcək müqavilənin yenilənməyəcəyi bildirilib.

Bu səbəbdən ona və məşqçi heyətinə gələcək karyerası barədə addım atmağa icazə verilib.

“Fatih Karagümrük” mövsümün sonuna 3 qalmış 44 xalla 9-cu pillədə qərarlaşıb.

Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisini çalışdırırdı. O, 2021/2022 mövsümündə “Yuventus”un baş məşqçisi olub

Exit mobile version