AUT.AZ

Nazim Süleymanovun sabiq klubuna lisenziya vermədilər

Rusiya Futbol İttifaqı (RFİ) növbəti mövsüm Premyer Liqaya yüksəlmək üçün mübarizəni davam etdirən “Alaniya”nı lisenziyadan məhrum edib.   

Aut.az xəbər verir ki, qurum bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Aşağı liqada yarışan və sona 2 tur qalmış 3-cü pillədə yer alan Vladiqafqaz təmsilçisi pley-offda oynamağı haqq edir. Ancaq “məcburi meyarların yerinə yetirilməməsi”nə  görə “Alaniya” pley-off oyunlarına buraxılmayacaq.

1991-1996-cı illərdə “Alaniya”da çıxış edən veteran hücumçu Nazim Süleymanov şərəfini qoruduğu klubun SSRİ və Rusiya çempionatlarında ən çox qol vuran oyunçusu olub. Süleymanov həm də Osetiyanın fəxri vətəndaşıdır.

Exit mobile version