AUT.AZ

İndi də “basketbolçu ilə münasibəti var” deyirlər – VİDEO

Bu gün NBA-də Şərq Konfransının final seriyası çərçivəsində “Boston Seltik” və “Mayami Hits” arasında dördüncü oyun keçirilib.

Aut.az xəbər verir ki, böyük marağa səbəb olan qarşılaşmanı izləyənlər arasında Jerar Pikenin keçmiş sevgilisi Şakira da olub. O, övladları ilə birlikdə qarşılaşmanı arenadan izləyib.

ABŞ mediasının iddiasına görə, kolumbiyalı müğənni “Mayami”də çıxış edən basketbolçulardan biri ilə münasibətdədir. Ona görə də qarşılaşmanı canlı izləmək qərarına gəlib.

Qeyd edək ki, Şakiranın adı bir müddət əvvəl aktyor Tom Kruz və “Formula 1” pilotu Lyuis Hemiltonla birlikdə hallanıb.

 

Exit mobile version