AUT.AZ

FİFA-nı qınadı: Stadion lazım deyil, bununla mübarizə aparın  

Əfsanəvi braziliyalı Pelenin qızı Kelli Kristina Nasimento “Real”ın futbolçusu Vinisius Juniora qarşı irqçi təhqirlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, Kelli FİFA-nı ittiham edib, ali futbol qurumunu irqçiliklə mübarizə aparmamaqda qınayıb.

“Atamın dəfn günü FİFA prezidenti İnfantino mənə dedi ki, dünyanın hər bir ölkəsindən onun adına bir stadion verilməsini xahiş edəcək. Məncə, əladır. Amma atamın mirası stadion adları deyil, irqçiliyə qarşı hərəkat olsaydı, daha yaxşı olardı. İrqçiliyə qarşı real hərəkat. Bu gün Vinisiusa, atamın 1958-ci ildə yaşadıqlarını yaşamağa imkan verməyəcək bir hərəkat”, –  Nasimento sosial şəbəkədə yazıb.

Aut.az

Exit mobile version