AUT.AZ

BMT-nin komissarı da biabırçılığı pislədi

Mayın 24-də Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Tyurk İspaniya çempionatının 35-ci turunun “Valensiya” ilə oyununda (0:1) “Real”ın hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirləri pisləyib.

“Vinisius Juniorun məruz qalması, bizə idmanda irqçiliyin yayıldığını xatırladır. Mən idman tədbirləri təşkil edənlərdən bunun qarşısını almaq üçün strategiyalar təyin etmələrini xahiş edirəm.

İrqi ayrı-seçkiliyin aradan qaldırılması üçün daha çox iş görmək lazımdır. Afrika əsilli insanları dinləmək, onları müzakirələrə cəlb etmək və onların əsas problemlərini həll etmək üçün real addımlar atmaq lazımdır”, – “Diario de Burqos” BMT komissarından sitat gətirib.

Aut.az

 

 

Exit mobile version