AUT.AZ

Azərbaycana nə “hə” demişəm, nə də “yox”

“Ximki”nin futbolçusu Ayaz Quliyev Azərbaycan millisində oynamaq perespektivləri barədə danışıb.

Aut.az xəbər verir ki, “Match TV”yə müsahibə verən 27 yaşlı yarımmüdafiəçi vətənində oynamaq imkanının olduğunu və yaxın vaxtlarda bu barədə danışıq olacağını bildirib:

“Mən Azərbaycana nə “hə” demişəm, nə də “yox”. Bir çox məsələlər var ki, onları müzakirə etmək lazımdır. Hər zaman eşidirəm deyirlər ki, gözləyirik və müzakirə etmək gərəkir. Ola bilsin ki, yaxın vaxtlarda Azərbaycan yığmasında oynamaq məsələsini danışdıq.

İstənilən halda karyera klub səviyyəsində qurulur, millidə yox. Bu məsələ barədə çoxdan söhbətlər var. Əgər başa düşsəm ki, legioner olduqdan sonra Rusiya Premyer Liqasında rəqabət aparmaq çətinləşəcək, bu artıq başqa məsələdir”.

Quliyev Azərbaycan yığmasını hansı səbəbdən seçdiyinə də aydınlıq gətirib:

“Birinci növbədə mən azərbaycanlıyam. Amma klub karyerama zərbə olsa, getməyə dəyməz. Əgər klubda oynamasan, yığmaya da çağırılmayacan. O zaman getmək öz mənasını itirir”.

Qeyd edək ki, Ayaz Quliyev futbolçu karyerası ərzində “Ximki” ilə yanaşı, “Spartak”, “Anji”, “Rostov” və “Arsenal”da (Tula) çıxış edibb. O, Rusiyanın həm U-21, həm də digər aşağı yaş qrupları üzrə millilərinin formasını geyinib.

Exit mobile version