AUT.AZ

Avropalılar üçün gəlir mənbəyinə çevrilən gürcülər

“Napoli”də çıxış edən Kviça Kvaratsxeliyadan sonra daha bir gürcüstanlı futbolçu Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Aut.az xəbər verir ki,söhbət “Valensiya”nın gürcü qapıçısı Georgi Mamardaşvilidən gedir. O, “Atletiko”, “Vilyarreal”, “Aston Villa”, “Porto” və “Tottenhem” kimi klubların transfer siyahısında yer alıb. Bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilir ki, “yarasalar” 22 yaşlı qolkiperin satışından 100 milyon avro qazanmaq istəyir. Ancaq Mamardaşvilinin o qiymətə satılacağı inandırıcı görünmür.

Gürcüstan millisinin bir nömrəsi isə start heyət üzvü ola biləcəyi komandaya keçmək istəyir.

Qeyd edək ki, Mamardaşvili “Valensiya”da 2021-ci ilin yayından çıxış edir. O, “yarasalar”ın heyətində 6 ay icarə əsasında çıxış etdikdən sonra tam olaraq transfer olunub. İspaniya təmsilçisi futbolçunun məxsus olduğu Tbilisi “Dinamo”suna icarəyə görə 200 min, tam hüquqlu transferə görə isə 850 min avro ödəyib. Georginin “Valensiya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Exit mobile version