AUT.AZ

Anitta və Boy İstanbulu silkələyəcək

Çempionlar Liqasının finalı öncəsi çıxış edəcək müğəninin adına aydınlıq gəlib.

Aut.az xəbər verir ki, İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşmadan öncə tamaşaçılar önünə məşhur braziliyalı müğənni Anitta çıxacaq. Bu barədə UEFA məlumat yayıb.

Anitta 2022-ci ildə Envolver mahnısı ilə bütün dünyada böyük populyarlıq qazanıb. O, “Ən Yaxşı Yeni Rəssam” nominasiyasında Qremmi mükafatına namizəd olub.

“Çox şadam ki, nəhayət hamı bu xəbəri öyrəndi. Çempionlar Liqasının finalından əvvəl keçiriləcək şouda iştirak edəcəyim üçün xoşbəxtəm. Burna Boy ilə səhnəyə çıxmaq üçün səbirsizlənirəm. Ümid edirik ki, stadionda və ekran qarşısında olan azarkeşlərə misilsiz şou təqdim edəcəyik” – deyə Anitta bildirib.

Braziliyalı müğənni səhnədə tək olmayacaq. Onunla birlikdə nigeriyalı musiqiçi Burna Boy da şouproqramda iştirakçı olacaq.

Qeyd edək ki, iyunun 10-keçiriləcək finalda “Mançester Siti” və “İnter” münasibətlərinə aydınlıq gətirəcək.

Exit mobile version