AUT.AZ

Ərəbləri əmin etdi ki…

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının dünyanın ən güclü liqalarından birinə çevriləcəyinə inanır.

Aut.az xəbər verir ki, o, 28-ci turda “Əl-Şabab”a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib:

“Səudiyyə Ərəbistanı Liqası güclənir, gələn il daha da yaxşı olacaq. Addım-addım dünyanın ən yaxşı beş liqasından birinə çevriləcək. Amma bizə vaxt, oyunçular, infrastruktur lazımdır. Ancaq mən inanıram ki, bu ölkənin heyrətamiz potensialı, heyrətamiz insanları var. Liqa möhtəşəm olacaq”.

Qeyd edək ki, Ronaldo komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə sonuncu qolun müəllifi olub.

Exit mobile version