AUT.AZ

“Sağsağanlar” Çempionlar Liqasına uçdular

“Nyukasl” uzun fasilədən sonra Çempionlar Liqasına vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, “sağsağanlar” İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”lə qolsuz bərabərə qalmaqla buna nail olub.

37 oyundan 70 xal toplayan “Nyukasl” turnir cədvəlində 3-cü yeri tutur. Mövsümün başa çatmasına 1 tur qalmış Eddi Haunun komandası 5-ci pillədə olan “Liverpul”u 4 xal qabaqlayır ki, bu da ÇL-ə vəsiqənin təmin olunması deməkdir.

“Nyukasl” sonuncu dəfə Çempionlar Liqasında 2002/03 mövsümündə iştirak edib. “Ağ-qaralar” avrokuboklarda sonuncu dəfə 2012-2013 mövsümündə Avropa Liqasında mübarizə aparıb.

Exit mobile version