AUT.AZ

Rəqib tapdı – Məğlubedilməzlə qarşılaşacaq

Ağır çəkidə WBC versiyasında çempionluq kəmərinin hazırkı sahibi Tayson Fyuri yeni rəqiblə bağlı qərar verib.

Aut.az xəbər verir ki, 34 yaşlı britaniyalı yenilməz avstraliyalı Demsi Makkin (22-0, 14 KO) ilə danışıqlar aparır. Avstraliyalının menecer Ancelo di Karlonun sözlərinə görə, döyüş avqustda Avstraliyada baş tuta bilər.

Tayson Fyuri bundan əvvəl növbəti döyüşünü 2023-cü ilin ortalarında keçirmək niyyətində olduğunu bildirmişdi. Lakin ingilislərin promouterləri ona rəqib tapa bilmir.

Aprelin sonunda Fyuri WBO, WBA, IBF və IBO versiyaları üzrə dünya çempionu Aleksandr Usiklə döyüş keçirilməli idi. Lakin komandalar arasında danışıqlar nəticəsiz qaldı.

Aut.az

Exit mobile version