AUT.AZ

Pis insanların sayı çoxdur: Ona da “meymun” deyiblər

“Barselona”nın sabiq futbolçusu Rivaldo “Real”dakı həmyerlisi Vinisiusun irqçi təhqirlərə məruz qalmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Rivaldonun fikrincə, Vinisius irqçi təhqirlərə görə “Real”ı tərk etməməlidir.

“Mənə də “meymun” da deyirdilər. Künc bayrağına yaxınlaşanda, bəzən avtobusdan düşəndə bu sözü ​​eşidirdim.  Hər kəs fərqli reaksiya verir. Belə məqamda özümü eşitməzliyə vururdum. Ola bilsin ki, belə hərəkətimdən sonra həmin insanlar düşünürdülər ki, bu davranışla mənə təsir edə bilməzlər.

Amma onu da deyimik, mənə qarşı olanlar Vinisiusun başına gələnlərlə eyni səviyyədə deyildi. Onun “Real”ı tərk etməsinə ehtiyac yoxdur. Yüksək səviyyədə oynamağa davam etməlidir. Ola bilsin ki, oyunların azarkeşsiz, qapalı stadionlarda keçirilməsi baş verənlərin miqyasını azaltmağa kömək edəcək. Dünyada pis insanların sayı çoxdur”, – “Barselona” və Braziliya millisinin sabiq futbolçusu deyib.

Aut.az

Exit mobile version