AUT.AZ

Onu striptizçi ilə səhv saldılar – VİDEO

Neapolda bir qrup qız “Napoli”nin baş məşqçisi Luçano Spalettini striptizçi ilə səhv salıb.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

64 yaşlı mütəxəssis komandası ilə məşqdən velosipedlə qayıdarkən təsadüfən subaylıq gecəsini qeyd edən qızlara rast gəlib. Mənbənin sözlərinə görə, qızlar həmin vaxt striptizçini gözləyirmişlər. Onlar Spallettinin məhz gözlədikləri striptzçi olduğunu zənn ediblər.

Amma məlum olanda ki, o, striptizçi yox, “Napoli”ni qələbəyə aparan məşqçidir, qızlar mütəxəssislə şəkil çəkdirmək qərarına gəliblər.

Aut.az

Exit mobile version