AUT.AZ

İnanır ki, vəhşi qonşuları özləri özlərini yeyəcəklər – FOTO

Ağır çəkidə WBA, WBO, IBO və IBF versiyaları üzrə çempion Aleksandr Usikin (20-0, 13 KO) həyat yoldaşı Katerina Usik rusiyalılar haqda danışıb.

“Ukrayna şəhərlərini külə çevirənləri heç vaxt bağışlamayacağıq. Siz qadınların, uşaqların, qocaların, əsgərlərimizin canını aldınız.

Qonşularıma ölüm arzulamıram və onları söymürəm. Amma  ümid edirəm ki, onlar bizə  hansı qəddarlığı, vəhşiliyi yaşatdıqlarının miqyasını anlayanda özləri özlərini yeyəcəklər. Biz mübarizə apardıq, aparırıq və sona qədər aparacağıq. Yaşasın Ukrayna! Yaşasın Ukrayna Silahlı Qüvvələri!”, – Katerina “İnstaqram”da yazıb.

Aut.az

Exit mobile version