AUT.AZ

Hələ belə günü olmamışdı

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasında uğursuzluğa düçar olub.

Aut.az xəbər verir ki, paytaxt təmsilçisi onun rəhbərliyi ilə çempionatda keçirdiyi son 6 oyunda qələbə qazana bilməyib. “Canavarlar” son olaraq “Salernitana” ilə heç-heçə edib. Xal itirlən görüşlərdə rəqibləri ilə 4 dəfə heç-heçə edən paytaxt təmsilçisi 2 matçda da məğlub olub.

Bu, Joze Mourinyonun karyerasının antirekordudur. Portuqaliyalı mütəxəssis heç bir klubla ardıcıl 6 çempionat görüşündə qələbəyə həsrət qalmayıb.

Qeyd edək ki, “Roma” A seriyasında 36 turdan sonra 60 xalla 6-cı sırada qərarlaşıb. “Canavarlar” mövsümün son iki oyununda “Fiorentina” və “Spetsiya” ilə üz-üzə gələcək.

Exit mobile version