AUT.AZ

DÇ: Uruqvay İraqı darmadağın etdi, Qambiya isə…

Argentinada 20 yaşadək futbolçular arasında dünya çempionatı davam edir.

Aut.az xəbər verir ki, mayın 22-də axşam saatlarında F və E qruplarında ilk tura start verilib. Qambiya ilə Honduras, Uruqvayla İraq üz-üzə gəlib.

Uruqvay İraqı 4 cavabsız qolla məğlub edib. Qambiya isə Hondurasa 2:1 hesabı ilə qalib gəlib.

Mayın 23-də Bakı vaxtı ilə saat 22:00-da ABŞ – Fici, həmçinin Özbəkistan – Yeni Zelandiya görüşləri keçiriləcək. Gecə yarısı Ekvador Slovakiya, Argentina isə Qvatemala ilə qarşılaşacaq.

Aut.az

 

Exit mobile version