AUT.AZ

Çoşua da ondan yazdı: Qardaşımın, oğlumun…

Britaniyalı boksçu, ağır çəkidə keçmiş dünya çempionu Entoni Coşua irqçiliklə üzləşən “Real”ın hücumçusu Vinisius Junioru dəstəkləyib.

Aut.az xəbər verir ki, o, sosial şəbəkələrdə paylaşım edib.

“Onun əziyyət çəkdiyini gördükcə, qardaşımın, əmim oğlunun və oğlumun gündəlik həyatda hansı çətinliklərlə üzləşdiyini  təsəvvür edirəm. Mən onun ağrısını 100% hiss edirəm”, – deyə Coşua yazıb.

Qeyd edək ki, Vinisius İspaniya çempionatının 35-ci turunda keçirilən “Valansiya” ilə qarşılaşmada irqçi təhqirlərə məruz qalıb.

Aut.az

Exit mobile version