AUT.AZ

“Araz Naxçıvan” çempionluq kubokuna qovuşdu

Birinci divizionun qalibi “Araz Naxçıvan”a kubok təqdim olunub.

Aut.az xəbər verir ki, çempiona kuboku Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA prezidenti Rövnəq Abdullayev, federasiyanın baş katibi Sərxan Hacıyev və PFL rəhbəri Elxan Səmədov təqdim edib. Daha sonra stadionda əməkdar artist Ədalət Şükürovun konserti baş tutub.

“Araz Naxçıvan” çempionatı 69 xalla başa vurub.

Exit mobile version