AUT.AZ

Alınmadı, gedir – Hara üz tutacaq?

Anxel Di Maria mövsümün sonunda “Yuventus”u tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Di Marianın müqaviləsi mövsümün sonunda başa çatır, yeni müqavilə ilə bağlı danışıqlar uğurlu alınmayıb. 35 yaşlı argentinalı indi digər variantları dəyərləndirəcək.

Argentinalı ötən yaydan “Yuventus”dadı. Bu mövsüm o, bütün turnirlərdə 38 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Daha əvvəl ona “Barselona”nın maraq göstərdiyi bildirilirdi.

Aut.az

Exit mobile version