AUT.AZ

Yarım milyardlıq ehtiyat oyunçular skamyası – FOTO

Artıq çempionluğu təmin edən “Mançester Siti” “Çelsi” ilə qarşılaşmada (1:0) meydana eksperimental heyətlə çıxmışdı.

Aut.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Qvardiola  Ederson, Stounz, Dias, De Bruyne, Gündoğan, Qriliş, Bernardo Silva və Haalandı ehtiyat oyunçular skamyasında oturtmuşdu. Bazar qiymətlərini nəzərə alsaq, ehtiyat oyunçular skamyasında oturanların dəyəri heyrət doğurur.

Bunu futbol tarixinin ən bahalı ehtiyat oyunçular skamyası da adlandırmaq olar. “Transfermarkt” portalının qiymətləri ilə hesablasaq, bu skamyada oturanların dəyəri 568 milyon avrodur. Həqiqətən də çox bahalıdır.

Aut.az

Exit mobile version