AUT.AZ

Sadıqovun komandası elitanı tərk etdi

“Ximki” Rusiya Premyer Liqasını tərk edib.

Aut.az xəbər verir ki, bu, 28-ci turda “Pari NN”in “Soçi” üzərində qələbə qazanmasından (4:0) sonra məlum olub.

Sergey Yuranın komandası 26 xal toplayıb və Birinci Liqaya düşməkdən xilas olub.

Beləliklə, 18 xalı olan “Ximki” son iki görüşdə Nijni Novqorod klubuna çata bilməyəcək.

“Ximki” 2020-ci ildə Premyer Liqaya qayıtmış və üç mövsüm Rusiya çempionatının yüksək divizionunda çıxış edib.

Qeyd edək ki, “Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Məşhur azərbaycanlı Nazim Süleymanov “Ximki”nin U-19 komandasının baş məşqçisidir.

Aut.az

 

Exit mobile version