AUT.AZ

“Qəbələ” onunla yolları ayırır: Səhvlərinə görə

“Qəbələ”nin mövsümlərarası fasilədə yollarını ayıracağı futbolçulardan birinin adı məlum olub.

Aut.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” Səlahət Ağayevlə yollarını ayıracaq. Onun mövsümün sonunda bitəcək müqaviləsinin müddəti uzadılmayacaq. Ağayevin göndərilməsinə səbəb inamsız çıxışı və kobud səhvlərə yol verməsidir. Klub rəhbərliyi istənilən halda onunla yola davam etməkdə maraqlı deyil.

Əvəzində komandanın sabiq qolkiperi Nicat Mehbalıyevin birdəfəlik transfer edilməsi yönündə “Sabah”la danışıqlar aparılır. Mehbalıyevin “Qəbələ”yə dönməyə can atdığı bildirilir.

Exit mobile version