AUT.AZ

Novruzovdan ilk qol

Litva çempionatında 10-cu turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Baltiyos”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun “Yonava”nın məğlubiyyəti ilə başa çatıb – 1:2.

Nurlan bu oyunun 90-cı dəqiqəsində meydana çıxıb və 90+4-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb. Bu, onun Latviyadakı ilk qoludur.

“Yonava” 10 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.

Exit mobile version