AUT.AZ

İnsident: Ramil Şeydayev  Todoroski ilə dalaşdı – VİDEO

Azərbaycan Premyer Liqasının 35-ci turunda keçirilən “Qarabağ” “Sumqayıt” matçından sonra (1:2) insident baş verib.

Aut.az xəbər verir ki, matçın keçirildiyi “Azərsun Arena”nın dəhlizində “köhlən atlar”ın futbolçusu Ramil Şeydayevlə qonaqların oyunçusu Todor Todoroski mübahisə edib. Onları komanda yoldaşları ilk cəhddə sakitləşdiriblər.

Ancaq hirsi soyumayan Ramil şimali makedoniyalı futbolçu ilə  daha 2 dəfə üz-üzə gəlib. Onları komanda üzvləri, mühafizə xidmətinin əməkdaşları və polis sakitləşdirməyə çalışıb.

Qeyd: Video Pressinq.az saytına məxsusdur.

Aut.az

Exit mobile version