AUT.AZ

İlk dəfə Avrokubokda

İngiltərənin “Brayton” komandası tarixi ərzində ilk dəfə olaraq Avrokuboka vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, “Sauthempton”u 3:1 hesabı ilə məğlub edən komandanın UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasına gedəcəyi dəqiqləşib. Əgər 3 xal geridə olan “Aston Villa” xal itirsə, o zaman “Brayton”un Avropa Liqasında iştirakı təmin olunacaq. “Brayton” xal itirəcəyi təqdirdə isə Konfrans Liqasının iştirakçısı olacaq.

1901-ci ildə yaranan klub heç vaxt Avrokuboklarda iştirak etməyib.

Exit mobile version