AUT.AZ

Ehtiram Quliyev Ayxan Abbasova vəd verdi, şərt irəli sürdü

Debütant olmasına rəğmən, bu mövsüm uğurlu çıxış edən “Turan Tovuz”un yeni futbol ili ilə bağlı planları məlum olub.

Aut.az-ın əldə etdiyi məlumata görə, klub yeni mövsümdə daha iddialı olacaq. Bu barədə klubun himayəçisi Ehtiram Quliyevlə baş məşqçi Ayxan Abbasov arasında görüş olub. Tərəflər daha geniş və gənc heyət qurmaq barədə razılığa gəliblər.

Büdcə ilə bağlı detallar da məlum olub. Quliyev 41 yaşlı mütəxəssisin qarşısına hər hansı limit,  hədəf qoymayıb və gələcəyin komandasını qurmasını istəyib. Bunun üçün lazımı qədər vəsait ayrılacağına söz verib.

Eyni zamanda, mütəxəssisin diqqətinə çatdırılıb ki, ulduz futbolçu transfer edilməsi məsələsinə elə də isti yanaşılmır. Ancaq bir və ya iki istisna ola bilər. Bu da futbolçunun adından və onun maliyyə şərtlərindən asılı olacaq.

Ayxan Abbasovun qarşısına qoyulan məqsəd isə komandanın yeni mövsümdə turnir cədvəlinin ilk hissəsində yer alması olacaq. Komandanın avrokuboklara vəsiqə qazanması tələb edilməyib. Kubokda isə bu mövsüm qeydə alınan nəticənin təkrarlanacağına ümid edilib.

Aut.az

Exit mobile version