İngiltərə

Gündoğanla bağlı yeni xəbər: Qalır, yoxsa…

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “Barselonanın təklifindən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Mənbənin sözlərinə görə, almaniyalı yarımmüdafiəçi “şəhərlilər”lə müqaviləni yeniləməyə çox yaxındır. “Şiti”  rəhbərliyi Gündoğana bir illik yox, daha uzunmüddətli müqavilə təklif etmək qərarına gəlib. Bu baxımdan yarımmüdafiəçi bu təklifi qəbul etməyə və daha bir neçə mövsüm komandada qalmağa hazırdır.

Gündoğan bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçunun “şəhərlilər”lə müqaviləsi bu il iyunun sonunda başa çatır. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 25 milyon avrodur.

Aut.az