AUT.AZ

Azarkeşlər təhqir etdi, oyun 8 dəqiqə dayandı, onu qovdular

“Real”ın futbolçusu Vinisius “Valensiya” azarkeşləri ilə mübahisə edib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Superdeporte” yayıb. İkinci hissənin sonunda azarkeşlər kütləvi şəkildə braziliyalını “axmaq” adlandırıblar. Matç 8 dəqiqəlik dayandırılıb.

Braziliyalı və “Real”ın daha bir neçə oyunçusu meydan sahiblərinin qapı arxasındakı tribunada olan fanartlarına tərəf yaxınlaşıb etiraz ediblər. “Valensiya”nın futbolçuları da azarkeşləri sakitləşdirmək üçün tribunalara getməli olublar.

Bundan başqa, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti də Vinisiusu sakitləşdirməli olub.

Stadionun tablosunda, hətta “Valensiya futbolda zorakılığa və təhqirlərə qarşıdır” yazısı da peyda olub. Bundan əlavə, səsgücləndirici vasitəsilə irqçi söyüşlərlə bağlı anons edilib.

O da bildirilir ki, ilk hissədə “Valensiya” azarkeşləri “Sən necə də pissən, Vinisius” şüarları səsləndiriblər.

Əsəblərinə hakim ola bilməyən Vinisius qarşılaşmanın son dəqiqələrində rəqib futbolçunun sifətinə zərbə vurduğu üçün qırmızı vərəqə alıb.

O, bu qərarı istehzalı alqışlarla qarşılayıb və hakimə iddialar irəli sürməyə başlayıb. Komanda yoldaşları onu sakitləşdirməyə çalışıblar.

Soyunub-geyinmə otağına gedərkən Vinisius “Valensiya”nın ehtiyat oyunçular skamyasına jestlər göstərib ki, bu da şiddətli reaksiyaya səbəb olub. Yenə də komanda yoldaşları müdaxilə edərək, onun müdafiəsinə qalxıblar.

Aut.az

Exit mobile version