AUT.AZ

Ulduz hücumçu elan etdi: Gedirəm

“Çelsi”nin qadın komandasının ulduz  hücumçusu Pernille Harder cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

“Dünyadakı hər bir “Çelsi” azarkeşinə müraciət edirəm. Bu klubda oynamaq xəyalım gerçəkləşdi. Buradakı hər anımdan həzz aldım. Klubdan çox gözəl xatirələr və möhkəm dostluqlarla ayrılıram. Məni bu ailəyə qəbul etdiyiniz üçün siz azarkeşlərə həmişə minnətdar olacağam. Bu illər ərzində göstərdiyiniz inanılmaz dəstəyə görə təşəkkür edirəm. Bu, heyrətamiz səyahət idi”, – Harder sosial media hesabında yazıb.

30 yaşlı Harder 2020-ci ildən “Çelsi”də çıxış edir. Mətbuatda yayılan xəbərlərə görə, danimarkalı karyerasını “Bavariya”da davam etdirəcək. Onun “Çelsi”dəki komanda yoldaşı Maqdalena Eriksson da ora gedəcək.

Aut.az

Exit mobile version