AUT.AZ

“Siti” onların qarmağına “ilişib”, amma…

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel hesab edir ki, komandasının Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”ni məğlub etmək şansı olub.

“Bu oyunları yaxşı analiz etmək üçün imkanım oldu. Qarşılaşmadakı situasiya tablodakı rəqəmlər deyildi.

Mən hələ də inanıram ki, “Mançester Siti” hər iki matçda bizim qarmağımızda idi. Amma müəyyən səbəblərdən onları buraxdıq.

Düşünürəm ki, onlara qarşı çox yüksək səviyyədə oynadıq. Nokauta düşməkdən utanmaq lazım deyil. Təbii ki, əsəbiləşirik. Amma biz qayıdacağıq”.

Aut.az

Exit mobile version