AUT.AZ

 “Qızıl trebl” edəcəklər? – Superkompüter hesabladı

Superkompüter xüsusi alqoritmlərdən istifadə edərək, “Mançester Siti”nin bu mövsüm çempionluq və İngiltərə Kubokunu, həmçinin Çempionlar Liqasını qazanmaqla “qızıl trebl” edəcəyi ehtimalını hesablayıb.

Aut.az xəbər verir ki, “The Sun”un bettingexpert.com-un ekspertlərinə istinadən verdiyi məlumata görə, Xosep Qvardiolanın komandasının “Mançester Yunayted”in nailiyyətini təkrarlamaq şansı 53,61% təşkil edir.

Xatırladaq ki, “Mançester Siti” bu mövsüm üç böyük turnirdə qalib gəlməyə yaxındır: İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və Çempionlar Liqası. “Qızıl trebl” edən sonuncu İngiltərə komandası 1999-cu ildə Aleks Ferqyusonun rəhbərlik etdiyi “Mançester Yunayted” olub.

Aut.az

Exit mobile version