AUT.AZ

Podolski futboldan doymaq bilmir

Almaniya millisinin sabiq futbolçusu Lukaş Podolski “Qurnik Zabje” ilə müqaviləsini uzadıb.

Aut.az xəbər verir ki, bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 38 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Karyerası ərzində “Bayern”, “İnter”, “Arsenal”, “Qalatasaray” kimi klublarda çıxış edən Podolski 2021-ci ilin yayından Polşa təmsilçisində forma geyinir.

Exit mobile version