AUT.AZ

Pilotlar yarışdan əvvəl futbol oynayacaqlar

“Formula 1” üzrə Monako Qran-prisindən əvvəl ənənəvi xeyriyyə futbol matçı keçiriləcək.

Aut.az xəbər verir ki, ulduzlar idmançıların yer aldığı “Star Team for the Children MC” komandası pilotlardan ibarət “All Star Drivers” qarşılşacaq.

Ulduzların heyətində fransalı futbol əfsanələri ilə yanaşı tennisçi Novak Cokoviç və hidrosikllərdə yürüşlərin mükafatçısı Liza Battalya da çıxış edəcək.

“All Star Drivers” komandasında isə meydana Şarl Lekler, Pyer Qasli, Karlos Sayns, Fernando Alonso və gənclər seriyalarının pilotları ilə çıxacaq.

Biletlərin satışından və xeyriyyə hərracından əldə olunan bütün vəsait xeyriyyə fondlarından birinin hesabına köçürüləcək.

Exit mobile version