AUT.AZ

O pulun davasını aparır: Yaxşı bir işə gedirsə…

“Liverpul”un baş məşqçisi Jurgen Klopp cərimələrdən yığılan pulun hara getdiyini öyrənmək niyyətində olduğunu açıqlayıb.

Mütəxəssis “Tottenhem”lə oyundan sonra hakim Pol Tirni tənqid etdiyinə görə 75 min funt sterlinq cərimə olunub. Alman çalışdırıcı hakimin qərəzli olduğunu qeyd edib və onun oyun zamanı dediklərindən narazılığını bildirib.

“Cəza gözləyirdim. Həmişə olduğu kimi, pulun hara getdiyini bilmək istərdim. Yaxşı bir işə gedirsə, mən onlara pul verdiyimə görə məmnunam. Yox, əgər FA pulu özündə saxlayırsa, onda biz yenidən danışmalıyıq. Amma onda mən bu barədə bir az daha sərt düşünməli olacağam.

Üstəlik, ətrafımdakı insanlar da mənfi davranış sərgilədilər.  Onlar cəzanın daha çox ola biləcəyini düşünürdülər”, – Klopp deyib.

Aut.az

 

Exit mobile version