AUT.AZ

“Neftçi” özünü buraxıb – Rusiyaya getmək istəyir

“Neftçi” Sankt-Peterburqda keçiriləcək yay turnirində iştirak edə bilər.

Aut.az xəbər verir ki, bakılıların bu turnirdə “Dinamo”nu əvəz edəcəyi iddia olunur.

İyulun əvvəlinə planlaşdırılan turnirdə “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” da iştirak edəcək.

“Klub bu turnirdə iştirak etməkdə maraqlıdır. Danışıqlar gedir, lakin hələ ki, iştirakı rəsmi təsdiqləyə bilmirik”, – deyə “Sport-Ekspress”ə Bakı klubunun mətbuat xidmətindən bildirilib.

“Dinamo” baş məşqçinin istefaya getməsi və mövsümöncəsi hazırlıq planlarında dəyişiklik olması səbəbindən turnirdə iştirakdan imtina edib.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə apardığı bir vaxtda, işğalçı müharibənin fəsadlarını yaşamış bir ölkənin komandasının bu addımı birmənalı qəbul edilə bilməz. “Neftçi” ardıcıl uğursuzluqlar səbəbindən, deyəsən, özünü tamamilə buraxıb.

Aut.az

Exit mobile version