AUT.AZ

Nağıyev oynadı?

Futbol üzrə Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Zarya”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“İnqulets” hazırda 27 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Exit mobile version