AUT.AZ

Milli məhsul öləcək – Axmaq deyil, bunu bilir

Liqanın rəhbəri Xavyer Tebas “Real”ın prezidenti Florentino Peresi kiçik klublara münasibətinə və Avropa Superliqasını yaratmaq istəyinə görə tənqid edib.

“Mən “Real”ın prezidentini uzun illərdir tanıyıram. Onunla çoxlu görüşlərim olub. Onun İspaniya və Avropa futbolu haqqında nə düşündüyünü bilirəm. O hesab edir ki, Real” artıq İspaniyada müəyyən stadionlarda oynamağa ehtiyac duymur. Məsələn, niyə 40.000 əhalisi olan şəhərlərdə oynasın?

O, güclü liqada oynamaq istəyir və ayrılmasına səbəb kimi La Liqanın çox zəif olduğunu və böyük klubları dəstəkləmək üçün kifayət qədər pul verilmədiyini göstərir.

Uzun illər Florentino ilə çox yaxşı və pis, həm də çox pis (indiki kimi) münasibətim olub. Amma onun futboldan nə istədiyini bilirəm. Superliqanın yaradılması son nəticədə milli məhsulu öldürəcək. O, bunu bilir, çünki o, axmaq deyil”, – Tebas AS sitat gətirir.

Aut.az

Exit mobile version