AUT.AZ

Mançesterlilər liverpulluları üstələdi

Mançester klubları Premyer Liqada qələbə sayına görə Liverpul klublarını qabaqlayıb.

“Arsenal” Premyer Liqanın 37-ci turunda “Nottingem Forest”ə uduzduqdan (0:1) sonra “Mançester Siti” vaxtından əvvəl İngiltərə çempionu olub.

“Siti” 9-cu dəfə titul qazanıb. “Mançester Yunayted” liqada 20 qələbə qazanıb. Beləliklə, Mançester klubları 29 dəfə İngiltərə çempionu olublar – digər şəhərlərin klublarından çox.

Liverpul şəhərinin komandaları  – “Liverpul” və “Everton” ümumilikdə 28 dəfə çempion olublar. “Liverpul” 19, “Everton” 9 dəfə Premyer Liqanın qalibi olub.

Aut.az

 

Exit mobile version