AUT.AZ

“Mançester Siti” meydana çıxmadan çempion oldu

Premyer Liqanın 37-ci turunda “Arsenal” “Nottingem Forest”lə qarşılaşıb və məğlub olub – 0:1.

Aut.az xəbər verir ki, “topçular”ın bu məğlubiyyətindən sonra “Mançester Siti” 37-ci turda meydana çıxmadan çempionluğu təmin edib.

“Mançester Siti” tarixində 9-cu dəfə Premyer Liqanın qalibi olub. O cümlədən “şəhərlilər” ardıcıl 3 çempionluq kubokunu qazanıb. Komanda daha əvvəl 2020/21 və 2021/22 mövsümlərinin qalibi olub.

Pep Qvardiolanın komandası son 6 mövsümdə 5 dəfə Premyer Liqa çempionu olub.

Aut.az

Exit mobile version