AUT.AZ

Məşhur futbolçu müharibəyə getdi – FOTO

Tanınmış ukraynalı futbolçu Vladislav Vaşukun Ukrayna Milli Qvardiyasının əsgəri olması ailəsini və dostlarını şoka salıb.

Aut.az xəbər verir ki, bu barədə 48 yaşlı ukraynalının özü sosial şəbəkələrdə məlumat verib. Andiçmə mərasimi mayın 18-də olub.

“Bəli, bu mənim şəxsi qərarım idi. Ailəm və dostlarım hələ də şokdadır. Bəli, bilirəm ki, bəziləri məni heç vaxt başa düşməyəcəklər. Ukrayna Milli Qvardiyası. Hücum briqadası. Əsgər Vladislav Vaşuk. Mən Ukrayna xalqına xidmət edirəm!” – sabiq futbolçu yazıb.

Ukrayna yığmasının da şərəfini qoruyan Vaşuk, karyerası ərzində Kiyev “Dinamo”su, Moskva “Spartak”ı, Odessa “Çernomorets”ində çıxış edib.

Aut.az

Exit mobile version