AUT.AZ

“İstedadlı dələduz”lar bu klubda toplaşıbmış

“Yuventus”la bağlı daha bir qalmaqal yaranıb.

Aut.az xəbər verir ki, İtaliya Futbol Federasiyası (FIGC) “Yuventus”u və klubun yeddi keçmiş və indiki direktorunu “maaş fırıldağı”ndan istifadə etməkdə ittiham edib.

Bu barədə “La Gazzetta dello” məlumat yayıb.

İttihamlar kluba və şəxsən yeddi direktora aiddir. Andrea Anyelli, Pavel Nedved, Fabio Paratiçi, Federiko Cerubini, Covanni Manna, Paolo Morqanti və Stefano Braqin İdman Ədaləti Məcəlləsinin 4-cü maddəsini pozmaqda ittiham olunublar. Onlar iyunda məhkəmədə özlərini müdafiə etməlidirlər.

Günahları sübut olunsa, onları böyük məbləğdə cərimə gözləyir. “Yuventus”un isə xalları silinə bilər.

Prokurorluqla əməkdaşlıq edən “Yuventus” yalnız cərimə olunacağına ümid edirdi, lakin FIGC prokuroru bu cəhdləri rədd etdi. O, xalların silinməsini tələb etməyə meyllidir.

Aut.az

Exit mobile version