AUT.AZ

Gey paradında iştirak deyil – Bu formanı geyinmək

“Marsel”in yarımmüdafiəçisi Valentin Ronje Fransa liqasında bir neçə oyunçusunun göy qurşağı rəngində  formaları geyinməkdən imtina etmək qərarı barədə danışıb.

Aut.az xəbər verir ki, Valentin bildirib ki, bu oyunçulara belə forma geyinməyin gey paradlarında iştiraka bərabər olmadığını izah etmək lazımdır.

“Onlara başa salmaq lazımdır ki, bu formanı geyməklə gey paradən iştirakçısı olmursan. Bu vəziyyət bir daha təkrarlanmamalıdır. Bu futbolçuların beynində nələr var, hansı təhsilə malikdirlər, bilmirəm. Bütün bunları nəzərə almaq lazımdır, amma mən də problemin ünsiyyətdə olduğunu düşünürəm”, – deyə “La Provence” Ronjedən sitat gətirib.

Xatırladaq ki, ötən həftə “Nant” və “Tuluza”nın bir neçə futbolçusu formada göy qurşağı simvolları olduğuna görə meydana çıxmaqdan imtina etmişdilər.

Aut.az

Exit mobile version