AUT.AZ

Bu görüşün detalları bəlli oldu

“Real”ın prezidenti Florentino Peres komandanın baş məşqçisi Karlo Ançelotti ilə görüşüb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İtaliyalı mütəxəssis növbəti mövsümdə də klubun başında qalacaq. Peres və Ançelotti razılaşıblar ki, layihə inkişaf etdirilməli və komanda gücləndirilməlidir. “Real” prezidenti komandanın güclənəcəyini deyib – onun rəqabətədavamlı olması vacibdir.

Transfer bazarında işlərin aqressiv olacağı gözlənilmir, lakin dəyişikliklər baş verəcək. Xüsusilə də əsas vəzifələrdən biri Dortmund “Borussiya”sından yarımmüdafiəçi Cud Bellinqemin transferidir.

Qeyd olunur ki, “Real” komandanın gənclərinə növbəti mövsüm daha çox şans verəcək.

Ançelottinin “Real”la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir. Bu mövsüm italiyalı çalışdırıcının rəhbərliyi altında Madrid klubu İspaniya kubokunun qalibi olub.

Aut.az

Exit mobile version