AUT.AZ

Kim ayrılırsa, ərəblər təklif göndərir

Mövsümün sonunda “Barselona”dan ayrılacağı dəqiqləşən Serxio Busket karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Aut.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə “Əl-Hilal” maraqlanır. Buskets ilə klub rəhbərliyi artıq görüşüb. 34 yaşlı futbolçuya vergilər çıxılmaq şərti ilə illik 15 milyon avro xalis maaş təklif edilib. İspaniya millisinin üzvü hələ cavab verməyib.

İspaniya millisinin sabiq üzvünün transferində “Əl-Nəsr” və “Əl-Şabab” da maraqlıdır. Lakin bu klublar klublar hələ rəsmi təklif göndərməyiblər.

Qeyd edək ki, “Əl-Hilal” Serxio Busketsin “Barselona”dakı sabiq komanda yoldaşı, PSJ-nin üzvü Lionel Messini də transfer etməyə çalışır.

Exit mobile version